Rövşən Əsgərov: “Qovlar bələdiyyəsi şəhid və qazi ailələrinə diqqət və qayğısını davam etdirir”
Qovlar bələdiyyəsi tərəfindən şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına göstərilən diqqət və qayğı daim diqqət mərkəzində saxlanılır.
Bu
günlərdə bələdiyyə iclasının müvafiq qərarına əsasən, ərazidə yaşayan şəhid və
qazi ailələri ziyarət olunub, onlara bələdiyyə tərəfindən hazırlanmış ərzaq
sovqatları təqdim edilib.
Qovlar
bələdiyyəsinin sədri Rövşən Əsgərovun və kollektiv üzvlərinin iştirakı ilə
keçirilən görüşlər zamanı ailələrin qayğıları dinlənilib, dövlət tərəfindən
şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər və layihələr barədə söhbət aparılıb.
Bələdiyyə
sədri Rövşən Əsgərov bildirib ki, şəhid ailələrinə və qazilərə diqqət
göstərmək, onların qayğıları ilə maraqlanmaq hər birimizin mənəvi borcudur.
Dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən sosial siyasətə yerli
özünüidarəetmə orqanı olaraq biz də öz töhfəmizi verməyə çalışırıq.
Rövşən Əsgərov qeyd edib ki, Qovlar bələdiyyəsi bundan sonra da sosialyönümlü təşəbbüsləri davam etdirəcək, ərazidə yaşayan şəhid ailələrinin, qazilərin və digər həssas əhali qruplarının problemlərinə diqqətlə yanaşacaq, onların sosial müdafiəsinə dəstək göstərilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy